Robert Fitsoya 4 güllə dəyib

robert-fitsoya-4-gulle-deyib
Oxunma sayı: 2543

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd zamanı 4 güllə dəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Novinky” portalı respublikanın Baş nazirinin müavini - müdafiə naziri Robert Kalinyaka istinadən məlumat yayıb.

Güllələrdən biri onun qarnına, ikincisi bud oynağına, üçüncüsü çiyninə, dördüncü isə ayağına dəyib.

Qeyd edək ki, Fitso 2006-2010 və 2012-2018-ci illərdə Slovakiyanın Baş naziri olub və 2023-cü ilin oktyabrında yenidən hökumətin başçısı seçilib.