Robert Prosineçki bukmekerdə 10 min uduzdu

robert-prosinecki-bukmekerde-10-min-uduzdu
Oxunma sayı: 702

Millimizin baş məşqçisi Robert Prosineçki “MozzART bet” bukmeker kontoruna pul qoyuluşu edib.
 
"Qafqazinfo" xəbər verir ki, mütəxəssis dünən baş tutan qarşılaşmalardan beşinə proqnoz verib. 
 
Xorvatiyalı baş məşqçi “Sevilya” – “Selta”matçında (2:1) meydan sahiblərinin, “Vendsissel” – “Kopenhagen” (0:2) görüşündə isə qonaqların qələbə qazanacağını təxmin edib. Mütəxəssis “Anderlext” – “Şarlerua” (0:1) və “Atletik” – “Betis” (2:1) matçlarına “üst” proqnozunu (3+ qol) verib. Millimizin çalışdırıcısı Mançester Siti” – “Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki komandanın qol vuracağını qeyd edib.
 
Prosineçki sözügedən kupona 10 min Serbiya dinarı yatırıb. 48 yaşlı çalışdırıcı qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə bağışlayacaqdı. Ancaq onun qeyd etdiyi 5 oyunun 3-ü doğru olub. Mançester derbisində və “Anderlext” – “Şarlerua” matçında yanılıb.