“Mançester Yunayted”in sabiq ulduzu, serbiyalı müdafiəçi Nemanya Vidiç ölkəsinin mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, ulduz oyunçu uşaq vaxtı “Srvena Zvezda”da oynamaq aruzusundan danışıb.
Vidiç həmçinin Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin bu klubda oynayarkən çıxışını dəfələrlə izlədiyini bildirib: “Bizim evimiz Belqraddan 200 km uzaq idi. Şəhərimizdə isə əzəli rəqiblər “Srvena Zvezda” və “Partizan”ın çoxlu azarkeşi var idi. “Srvena Zvezda” isə mənim xəyallarımın klubu idi. Darko Pançev, Robert Prosineçki, Deyan Saviçeviç, Vladimir Yuqoviç kimi oyunçuların çıxışını dəfələrlə izləyirdim. Həmin futbolçuların oyunlarını diskə yazıb baxırdım”.
Son xəbərlər
Son Xəbərlər