Robot Böyük Çin Səddinə çıxdı - Tarixdə ilk

robot-boyuk-cin-seddine-cixdi
Oxunma sayı: 4986

Tarixdə ilk dəfə olaraq insanabənzər robot Böyük Çin Səddinə çıxıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Çinin “Robot Era” şirkətinin “XBot-L” adlı insanabənzər robotu Çin səddinə çıxaraq diqqətləri üzərinə çəkməyi bacarıb.

XBot-L, Çin firması “Unitree”nin “H1” robotu qədər sürətli və ya “Boston Dynamics”in Atlası qədər çevik olmasa da, Çin Səddinin yollarında hərəkət etməklə əla qabiliyyət nümayiş etdirib. 

Bundan əlavə, pilləkənləri ustalıqla qalxan robot mühafizə qüllələrindən birinə çatanda “tai-chi” hərəkətləri də edib.

Pekindəki Tsinghua Universitetinin Fənlərarası İnformasiya Elmləri İnstitutu tərəfindən qurulan Robot Era şirkəti bu təqdimatla öz robotunu dünyaya nümayiş etdirib.