Robot gecikdiyi üçün üzr istədi - Foto

robot-gecikdiyi-ucun-uzr-istedi
Oxunma sayı: 1314

Rusiyanın “Soyuz MS-14” vasitəsilə kosmosa göndərdiyi Fedor robotu mənzil başına gecikməsinə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Fedor tvitter hesabında yazıb. O, kosmosa Beynəlxalq Kosmik Stansiya ilə planlaşdırılmış vaxtdan gec çatdığı üçün üzr istəyib: “Tıxaca düşmüşdüm. İşlərimə davam etməyə hazıram”.

Xatırladaq ki, göyərtəsində Fedor robotu olan “Soyuz MS-14” avqustun 22-i Qazaxıstanın Baykonur kosmodromundan havaya qaldırılıb. Onun uğursuz enişinə kosmik gəminin yerləşmə sistemindəki nasazlıq səbəb olub.

Aysel Kərimova