Bir yazımda qeyd etmişdim ki, Hollivud istehsalı filmlərdə nümayiş etdirilən fantastik texnologiya, silahların real həyatda da mövcud olduğuna inanıram. Fikrimin arxasındayam. Lakin dünən baxdığımı “Çappi adlı robot” (Chappie) filmi məni bir az tərəddüdə saldı. Bir az da duyğulandırdı.
Filmin qəhrəmanı şüurlu bir robotdur. Təsəvvür edin ki, qarşısınzda hissləri olan, qorxan, utanan, çəkinən, yazığı gələn, inanan, aldanan bir dəmir yığını var.
Birincisi, filmdə orjinal bir ideyanın çox maraqlı və dolğıun sujet xətti ilə tamamlandığını mütləq qeyd etməliyəm. Hadisələr Cənubi Afrika Respublikasında cərəyan edir. Xüsusi proqramlanmış robotlar şəhərdə zorakılıq və hərc-mərcliyin qarşısını almaq üçün canlı polis qüvvlərinə yardım edir. Amma gənc alim uzun müddətdir üzərində işlədiyi “süni inttelkt” proqramını məxfi formada yararsız robotlardan birinə tətbiq edir. Nəticə isə gözlənilən də artıq olur. Beləliklə, ortaya şüurlu robot çıxır.
Çappi sanki “süddən çıxmış ağ qaşıq”dır. Körpədir. İnsanlardan fərqli olaraq onun içində heç bir pis niyyət, yalan, vicdansızlıq, riayakarlıq yoxdur. Amma düşdüyü mühit ona ayaqlaşmağı öyrədir. Hətta bir dialoq əsl mahiyyəti ortaya qoyur. “Yaşamaq üçün məhv etməlisən, əks halda səni məhv edəcəklər.”
Filmin əsas mesajlarından biri “insan ən vəhşi məxluqdur!” ideyasıdır. Təəssüf ki, bu acı gerçəklə razılaşmaq məcburiyyətindəyik. Çappidən fərqli olaraq insan beyni ilə idarə olunan robot da öldürmək və dağıtmaq üçündür. Bir insan qurur, digəri isə dağıdır.
Rejissorun elmi texnoloji fantaziyası haqqında çox danışmaq olar. Qısaca deyim ki, insanın şüurunun elktronlaşdrılması və hansısa predmetin üzərinə köçürülməsi riyazi olaraq real görünsə də, məntiqə sığmır. Çünki şüurun özü də idarəolunmaz, ramedilməzdir. Həm də məhdud çərçivədədir.
Bununla bağlı islami yanaşma da birmənalıdır. Şüur bir nemətdir və o yalnız insana məxsusdur. Hər halda, şüurunun bütün canlı və cansızlar üzərinə köçürlməsi mümkün olsaydı, güman edirəm ki, dünya yaşanmaz vəziyyətdə olardı.
Bu baxımdan filmdə “yaradan” söznün tez-tez işlədilməsi mənə absurd kimi gəldi. Çünki şüurlu robot yaratmaq, elə insan yaratmaq anlamına gəlir ki, bu da insanın bütün mümkün qabiliyyətlərinin fövqündə olan şeydir.
Yeri gəlmişkən film industriyasında bu tendensiyanın artdığını da müşahidə edirik. “Interstellar” filmində də bu motivlərə rast gəlmişdik. Post-production bölümündə olan “Ex Machina” filmi də oxşar mövzudadr.
Filmin rejisssoru cənubi afrikalı rejissor Nil Blomkampdır (Neil Blomkamp). Daha əvvəl “9-cu bölgə” və “Elisium” filmlərinə baxmışam. Hər 2 film ojinal və müəyyən mənada utopik fantaziyaya söykənib. “Çappi” kimi.
50 milyon dollarlıq ekran əsəri açılış həftəsində Amerikada kassanın lideri olub (14 milyon dollar). Amma bizdə böyük maraq doğurmayıb. Halbuki, əyləncəli və sürükləyici bir filmdir. Vaxt edib izləyin.
Son xəbərlər
Son Xəbərlər