Rodni Skott istefaya gedir

rodni-skott-istefaya-gedir
Oxunma sayı: 1594

ABŞ Sərhəd Nəzarəti Xidmətinin rəhbəri Rodni Skott qurum rəhbərliyinin strukturunda son dəyişikliklər çərçivəsində istefaya gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən bildirib.

Telekanal qeyd edir ki, Skott feysbuk səhifəsində yeni təyinat haqqında məktub aldığını yazıb. Bunun əsasında o, xidmət yerini dəyişə, istefaya gedə və ya işdən çıxa bilər. Skott əlavə edib ki, hələ 60 gün hazırkı vəzifəsində qalacaq.

Onun vəzifəsini rəis müavini Raul Ortisin müvəqqəti əsasda tutacağı gözlənilir. Daha əvvəl ehtimal edilirdi ki, 2020-ci ilin fevralında sözügedən postu tutmuş Skott prezident seçkilərindən sonra istefaya gedəcək.

Skottun rəhbərlik etdiyi dövrdə böyüklərin müşayiəti olmadan ABŞ-Meksika sərhədini keçən yetkinlik yaşına çatmayanların sayı rekord həddə çatıb. Bu, sərhədyanı obyektlərin həddindən artıq yüklənməsinə, saxlanma mərkəzlərində yerləşdirilməsini gözləyən böyüklər və uşaqların kütləvi toplaşmasına gətirib çıxarıb.