Roma papası 12 məhbusun ayağını yudu və öpdü - Video+Foto

roma-papasi-12-mehbusun-ayagini-yudu-ve-opdu-videofoto
Oxunma sayı: 647

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Roma papası katolik xristianlarının qeyd etməyə hazırlaşdıqları Pasxa bayramı öncəsi islahedici düşərgədə olub. Orada 14 və 21 yaş arası on iki məhkumun ayaqlarını yuyub, sonra isə öpüb.

Papa Fransiskin ayaqlarını yuduğu məhkumlar arasında ortadoks və müsəlmanlarla yanaşı, iki qızın da olması maraqla qarşılanıb.

İsa Peyğəmbərin çarmıxa çəkilməsindən bir gün əvvəl sevgisini nümayiş etdirmək üçün 12 həvarisinin ayağını yumasını xatırladan Papa bu davranışının “xidmətinizdəyəm” anlamına gəldiyini bildirib.

Papa Fransiskus mərasimdən sonra hər məhkuma bir Pasxa yumurtası hədiyyə edib.