Roma Papası Fransisk iyunun 24-ü Ermənistana səfər edəcək.
“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, elə həmin gün prezident sarayında Roma Papası ilə Sarkisyanın görüşü baş tutacaq.
Roma Papası ilə Bütün Ermənilərin Katalikosu birgə bəyannamə imzalayacaq, daha sonra Xor Virap monastrında dua edəcəklər.
Xatırladaq ki, Roma Papası 30 sentyabr - 2 oktyabr tarixlərində Azərbaycan və Gürcüstana səfər edəcək.
Son xəbərlər
Son Xəbərlər