Roma papası miqrantların ayağını yudu, öpdü

roma-papasi-miqrantlarin-ayagini-yudu-opdu
Oxunma sayı: 2949

Roma papası Fransisk Məşəqqət həftəsinin Böyük cümə axşamında siyasi sığınacaq verilməsi haqqında ərizə vermiş şəxslərin müvəqqəti saxlanma mərkəzində 12 dindarın - 11 qaçqın və bir italiyalı qadının ayaqlarını yuyaraq öpüb.

“Qafqazinfo” “Report”a istinadən bildirir ki, bu barədə “Avvenire” nəşri yazıb. 12 dindar arasında dördü nigeriyadan olmaqla 5 katolik, 3 müsəlman, 3 kopt və 1 bütpərəst olub.

Mərasim zamanı pontifik çərşənbə axşamı Brüsseldə baş verən qanlı terror aktlarını xatırlayıb.