Roma Papası Putinlə görüş üçün Moskvaya getmək istəyir

roma-papasi-putinle-gorus-ucun-moskvaya-getmek-isteyir
Oxunma sayı: 1724

“Hazırda Putinin bu görüşü keçirmək istəməməsindən qorxsam da, biz yenə də israr edirik. Bu cür vəhşiliklərin qarşısını necə almamaq olar?”

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  Roma Papası Fransisk Ukrayna-Rusiya müharibəsini dayandırmaq üçün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini deyib.

Müharibənin 20-ci günündə kardinal Parolinlə Rusiyaya xəbər göndərdiyini və Moskvaya getməyə hazır olduğunu deyən Roma Papası Kremlin rəhbərinin bunu təsdiq etməli olduğunu bildirib.

“Mesajımıza hələ də cavab almamışıq. Hazırda Putinin bu görüşü keçirmək istəməməsindən qorxsam da, biz yenə də israr edirik. Bu cür vəhşiliklərin qarşısını necə almamaq olar? Eyni şeyi 25 il əvvəl Ruandada yaşamışdıq”.

O, daha əvvəl gündəmdə olan Kiyev səfəri ilə bağlı "Mən indi Kiyevə getmirəm. Əvvəlcə Moskvaya getməliyəm, Putinlə görüşməliyəm. Mən keşişəm, başqa nə edə bilərəm ki? Putin qapını açsa, əlimdən gələni edəcəm...”, - deyə əlavə edib.