Roma Papası qaçqınlarla görüşəcək

roma-papasi-qacqinlarla-gorusecek
Oxunma sayı: 1000

Yunan Kilsəsinin bəyanatına əsasən, Roma Papası Fransisk aprelin 14-15-də Yunanıstanın Lesbos adasında qaçqınlarla görüşəcək.

"Qafqazinfo" AzərTac-a istinadən xəbərt verir ki, tədbirdə iştirak edəcək patriarx Varfolomey və arxiepiskop İeronim Papa ilə birgə qaçqınların faciəvi vəziyyəti ilə bağlı bəyannamə qəbul edəcəklər.

Son günlər Yunanıstandan Türkiyəyə göndərilən qaçqınlar arasında gərginlik artıb. Avropa KİV-lərinin bəziləri qaçqınların zorla ölkədən çıxarılmasını insan hüquqlarına zidd olduğunu qeyd edirlər.