Roma Papası xəstəxanadan buraxıldı

roma-papasi-xestexanadan-buraxildi
Oxunma sayı: 885

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vatikan nümayəndəsi Matteo Bruni məlumat verib.

Onun sözlərinə görə, Papa xəstəxananı tərk etdikdən sonra Romada Santa-Maria-Maggiore katedralına gedib. O, burada uğurlu keçən əməliyyat üçün dua edib və bunun ardından Vatikana dönüb.

Qeyd edək ki, Roma Papası iyulun 4-ü xəstəxanaya yerləşdirilmiş və yoğun bağırsaq əməliyyatı keçirmişdi.