UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində daha bir oyun keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Roma” öz meydanında “Porto”nu qəbul edib.
Qarşılıqlı hücumlarla keçən matçda əsas proseslər 70-ci dəqiqədən sonra baş verib. 70 və 76-cı dəqiqədə “Roma” Zaniolonun vurduğu qollarla 2:0 önə keçib.
79-cu dəqiqədə isə “Porto”nun heyətində Adrian hesab arasındakı fərqi azaldıb. Beləliklə, oyun “Roma”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.







Son xəbərlər
Son Xəbərlər