Roma Rəssamlıq Akademiyasından dəvət alan ilk azərbaycanlı

roma-ressamliq-akademiyasindan-devet-alan-ilk-azerbaycanli
Oxunma sayı: 1394


Məryəmin yaradıcılığına hörmət əlaməti olaraq Roma Rəssamlıq Akademiyası ona fəxri dəvət məktub göndərib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin sədri, rəssam Həsən İsgəndərov məlumat verib. 

Məryəm italyan rəngkarlıq məktəbinin professional rəngkarlıq sinfinə dəvət alıb. Bundan əlavə İtaliyanın məşhur sənətşünası, eləcə də RRA-ın şöbə müdiri Caterina Tomeo M.Ələkbərlinin sənətini yaxından izləyir və onun sənətinin vurğunu olaraq sərgisinin təşkilinə hazırlaşır.

Qeyd edək ki, M.Ələkbərli Roma Rəssamlıq Akademiyasından dəvət alan ilk azərbaycanlı rəssamdır.