Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, “Roma” öz meydanında “Barselona”nı qəbul edib. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxın olsa da, bu şansı əldən verib.
Belə ki, "Roma" 3-0 hesablı qələbə qazanaraq möcüzəyə imza atıb və yarımfinala yüksəlib.
Digər oyunda isə “Mançester Siti” “Liverpul”u qəbul edib. "Liverpul" ilk matçda olduğu kimi səfərdə də qalib gələrək yarımfinala yüksələn digər komanda olub.
10 aprel
“Roma” (İtaliya) – “Barselona” (İspaniya) - 3:0
Qollar: Ceko, 6, De Rossi, 58 (pen.), Manolas, 82
İlk oyun – 1:4
“Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə) - 1:2
Qollar: Qabriel Jesus, 2 - Salah, 57, Firmino, 76
İlk oyun - 0:3
***
"Mançester Siti" – "Liverpul" matçında erkən qol vurulub. 2-ci dəqidədə Qabriel Jezuş "Siti"ni hesabda önə çıxarıb.
***
"Roma" da erkən qol vurmağa nail olub. 6-cı dəqiqədə Edin Dzeko fərqlənib.
***
56-cı dəqiqədə "Liverpul"un ulduzu Salah hesabı bərabərləşdirib.
***
"Roma" - "Barselona" matçında isə fərq ikiyə çatıb. De Rossi hesabı 2-0 edib.
***
***
77-ci dəqiqədə Firmino "Liverpul"u hesabda önə çıxaran qola imza atıb - 1:2.
***
82-ci dəqidədə "Roma" daha bir qol vurub. Manolas hesabı 3-0 edib.
***
"Liverpul" və "Roma" növbəti mərhələyə yüksəlib.
Son xəbərlər
Son Xəbərlər