“Roma”dan “Mançester Siti”yə

romadan-mancester-sitiye-
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “şəhərlilər” “Roma”nın futbolçusu David Pizarronu icarəyə götürüb. 32 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Mançester təmsilçisinin formasını geyəcək. Baş məşqçi Mançini də çilili futbolçunun komandaya faydalı olacağını bildirib.
Qeyd edək ki, Pizarro karyerası ərzində Çilidə “Santiaqo Vonderers”, “Universidad de Çili”, Avropada isə “Udineze”, “İnter” və “Roma”nın şərəfini qoruyub.

Ceyhun Əhmədov