İtaliyada mafiya dəstəsinin üzvləri həbs edilib. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən veridiyi xəbərə görə, saxlanılan 31 nəfər İtaliyada güclü nüfuza sahib “Kazamonika” mafiya qruplaşmasının üzvüdür.
Onlar narkotik qaçaqmalçılığında, sələm işləri ilə məşğul olmaqda ittiham edilirlər. Həbs olunanlar sırasında qruplaşmanın liderlərindən biri, Romanın 4 əsas kriminal “hökmdar”larından hesab edilən Cüzeppe Kazamonika da var. O, 1 il əvvəl həbsxanadan çıxıb.
Polis klanın daha 6 nəfərin axtarışa verildiyini bəyan edib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər