Romario “Barselona”nın çempion olmasını istəmir

romario-barselonanin-cempion-olmasini-istemir
Oxunma sayı: 649

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, Romario bu oyunda “Santos”a azarkeşlik edəcəyini bildirib: “Bu oyunu izləyə bilməyəcəm. Çünki yuxudan bu qədər tez oyana bilmərəm. “Barselona”da uzun illər oynamışam və bu komandanı çox sevirəm. Lakin final görüşündə “Santos”a azarkeşlik edəcəyəm. Ümid edirəm ki, onlar “Barselona”nı məğlub edə biləcəklər”.

Qeyd edək ki, Romario 1993-1995-ci illərdə “Barselona”nın şərəfini qoruyub və bu müddətdə komanda ilə İspaniya çempionluğunu və İspaniya superkubokunu qazanıb.

Ceyhun Əhmədov