Romelu Lukaku Bernabeuya yollanmaq istəmir

romelu-lukaku-bernabeuya-yollanmaq-istemir
Oxunma sayı: 1768

“Çelsi” klubunun təcrübəli forvardı Romelu Lukaku Çempionlar Liqasında “Real”la oyun üçün səfərə getmək istəmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.

Bildirilib ki, buna səbəb belçikalı forvardın klubdan və məşqçilər heyətindən narazı qalmasıdır. Lukaku məşqçilərinə əzələsində ağrılar hiss etdiyini və Madridə getmək istəmədiyini bildirib.

O, Premyer Liqanın son turunda “Sauthempton” ilə oyunda da zədəsini səbəb göstərərək matçda iştirak etməyib.

Xatırladaq ki,  fransanın PSJ klubu forvard ilə yaxından maraqlanır.