Daxili İşlər Nazirliyi dünən Abşeron rayonunda yerləşən otellərdən birində qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 16-da Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Romi” otelində Biləcəri qəsəbə sakini Zöhrab İsmayılov keçmiş arvadı Vəfa Abdullayevaya bıçaqla xəsarət yetirib.
V.Abdullayeva hadisə yerində ölüb. Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.İsmayılov tutulub.
Qeyd edək ki, yayılan məlumata görə, Z.İsmayılov arvadının oteldə başqa bir kişi ilə olduğunu bilib və əvvəldən planlaşdıraraq onu öldürüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər