Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo maraqlı müqavilə ilə gündəmə gəib. “Qafqazinfo” xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi keçirəcəyi bir matç üçün 200 min dollar alacaq.
Braziliya mətbuatının yazdığına görə, o, Ekvador Premyer Liqasında çıxış edən və 91 illiyini qeyd edən "Barselona" (Quayakiln) ilə “bir matçlıq” müqavilə imzalayıb.
Qeyd edək ki, Ronaldinyo hazırda öz ölkəsinin “Fluminense” klubunda çıxış edir.
Son xəbərlər
Son Xəbərlər