Braziliyalı əfsanəvi futbolçu Ronaldinyo yenidən “Barselona”ya qayıdıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldinyo katalon klubunun səfiri təyin olunub. Bu barədə klubun rəsmi saytında məlumat verilib. Ronaldinyo “Barselona”nı beynəlxalq tədbirlərdə təmsil edəcək.
O, klubun təşkil etdiyi keçmiş ulduzların forma geyindiyi matçlarda meydana çıxacaq.
Xatırladaq ki, Ronaldinyo sonuncu dəfə 2015-ci ildə Braziliyanın “Flumineze” klubunun heyətində oyuna çıxıb.
Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illər ərinzədə Barselonanın formasını geyinib.

Son xəbərlər
Son Xəbərlər