Keçmiş ulduz futbolçu Ronaldinyo yenidən saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, Paraqvaya saxta sənədlə keçməkdə ittiham olunan braziliyalı dünən sərbəst buraxılsa da, yenidən polislər tərəfindən tutulub.
Baş prokurorun tapşırığı ilə Ronaldinyo qardaşı Roberto de Assis Moreyro ilə birlikdə paytaxt Assunsionda polis bölməsinə aparılıb.
Onlar bu gün məhkəmə qarşısına çıxarılacaqlar.
Son xəbərlər
Son Xəbərlər