Ronaldo 10 milyon avrodan imtina etdi

ronaldo-10-milyon-avrodan-imtina-etdi
Oxunma sayı: 8392

“Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldo illik maaşının 30 faizindən imtina edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Bildirilir ki, ulduz oyunçu koronavirus pandemiyasının İtaliyaya vurduğu zərbəyə görə belə bir addım atıb.

Qeyd edək ki, Ronaldonun “Yuventus”dakı illik maaşı 30 milyon avrodur. Bu o deməkdir ki, portuqaliyalı superulduz 10 milyon avro güzəştə gedib.