Ronaldo ağladı - “Ulduz oldum, atam görmədi”+Video

Ronaldo ağladı
Oxunma sayı: 2223

“Yuventus”un portuqaliyalı ulduzu Kriştiano Ronaldo 14 il öncə dünyasını dəyişən atası Joze Dias Aveiru haqda danışarkən göz yaşlarını saxlaya bilməyib. “Qafqazinfo” xəbər verir ki, 34 yaşlı hücumçu keçmişdə hərbçi olan, son illərdə alkoqol asılılığı yaranan və 52 yaşında qaraciyərindəki xəstəlikdən vəfat edən atası ilə bağlı videoya baxarkən ağlayıb.

Videoda atası 2001-ci ildə kubok qaldıran Ronaldo barədə xoş sözlər söyləyib.
 
“Piers Morgan”a müsahibə verən Ronaldo həmin anları daha əvvəl izləmədiyini deyib: "Bu videonu heç izləməmişdim. İnanılmazdır.  Hardan tapdığınızı bilmirəm. Bunları ailəmə göstərməliyəm. Atamı lap dəqiqliyi ilə tanımıram. Alkoqoldan asılı insan idi. Onunla normal insan kimi danışmadım. Çox çətindir”.
 
Ronaldo 20 yaşında olarkən atasını itirdiyini deyib: “Mən bir nömrəli futbolçu oldum, amma o, heç nə görmədi. Mənim mükafatlar almağımı və bu yerlərə gəlməyimi görə bilmədi. Ailəm, anam, qardaşlarım və böyük oğlum belə uğurlarımı görür, ancaq o, yox... Çox gənc vəfat etdi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi