Ronaldo “Aston Villa”ya qarşı niyə oynamayıb?

ronaldo-aston-villaya-qarsi-niye-oynamayib
Oxunma sayı: 2160

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun İngiltərə Federasiya kubokunda “Aston Villa”ya qarşı keçirilən oyunu buraxmasının səbəbi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı hücumçu səhhətində olan problemə görə matçda iştirak edə bilməyib. Bu barədə komandanın baş məşqçisi Ralf Ranqnik oyundan sonra jurnalistlərə açıqlamasında deyib:

“Dünən məşqdən əvvəl onunla danışdım. O bildirdi ki, son günlər səhhətində bəzi problemləri olub. Ona görə də biz risk etmədik”.

“Mançester Yunayted” “Aston Villa”nı 1:0 hesabıyla məğlub edib.