“Atletiko” Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq.
“Qafqazinfo” xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone matçdan öncə keçirilən mətbuat konfransında rəqib komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb:
“Kriştiano Ronaldo bir canavardır. Oynadığı hər yerdə matçın taleyini həll edən futbolçudur. Düzü, qarşılaşdığımız oyunlarda bizi çox incidib”.
Qeyd edək ki, “Atletiko” – “Mançester Yunayted” matçı bu gecə Bakı vaxtilə saat 00:00-da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər