Ronaldo bu gün oynamayacaq

ronaldo-bu-gun-oynamayacaq
Oxunma sayı: 1456

İspaniyanın “Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo La Liqanın 30-cu turunda keçiriləcək “Las-Palmas”la oyunu buraxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata əsasən, komandanın məşqçilər heyəti Çempionlar Liqasının 1/4 finalında “Yuventus”la oyun öncəsi portuqaliyalı hücumçuya istirahət vermək qərarına gəlib.

Bundan əlavə komandanın kapitanı Serxio Ramos və İskoya da istirahətin verildiyi bildirilib.

Qeyd edək ki, “Yuventus” – “Real” görüşü aprelin 3-ü Bakı vaxtı saat 22:45-də başlayacaq.