Ronaldo bu hərəkəti ilə gündəm oldu - Video

ronaldo-bu-hereketi-ile-gundem-oldu
Oxunma sayı: 7711

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda “Əl-Vahda” ilə matçda etdiyi hərəkətlə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Ronaldo oyunun 99-cu dəqiqəsində penalti qazansa da, özü vurmayıb.

Karyerasında qol rekordunu davam etdirməsinə baxmayaraq, ulduz forvard penalti haqqını 9 oyunda heç bir qol vura bilməyən Sadio Maneyə buraxıb.

Kriştianonun bu nəcib hərəkəti futbolsevərlər tərəfindən təqdir edilib və qısa zamanda sosial şəbəkədə gündəm olub.

Qeyd edək ki, həmin qarşılaşmanın 48-ci dəqiqəsində Ronaldo klubunun ilk, karyerasının isə 925-ci qolunu vurub.