Ronaldo bu kluba keçə bilər

Ronaldo bu kluba keçə bilər
Oxunma sayı: 3037

Portuqaliyalı ulduz Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə bağlamağa yaxındır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, tərəflər artıq anlaşmaq üzrədir. 38 yaşlı Ronaldonun illik 200 milyon avro maaş olmaqla, yeni klubu ilə 2,5 mövsümlük müqavilə imzalayacağı gözlənilir.

Bildirilir ki, “Əl Nəsr” klubunun rəsmiləri dünya çempionatı üçün Qətərdə olan Kriştianu Ronaldo ilə görüşüb və onu bu komandaya keçməyə razı salmağa çalışıb. 

Hazırda Portuqaliya millisi ilə DÇ-2022-də iştirak edən Ronaldo bir neçə gün əvvəl “Mançester Yunayted” klubu ilə yollarını ayırıb.