Ronaldo bu qolu ilə yeni rekorda imza atdı - Video

ronaldo-bu-qolu-ile-yeni-rekorda-imza-atdi
Oxunma sayı: 6679

“Əl-Nəsr” klubu 2023-cü il Ərəb Çempionlar Liqasının qrup mərhələsinin ikinci tur matçında Tunisin “Monastir” klubunu məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, Taifdə keçirilən qarşılaşma 4:1 hesabı ilə başa çatıb.

Oyunun 74-cü dəqiqəsində Kriştianu Ronaldo başla 145-ci zərbəsini vuraraq rekorda imza atıb.

Bu göstəriciyə görə o, Almaniya millisinin sabiq hücumçusu Gerd Mülleri üstələyib.