“Ronaldo dünyanın ən yaxşı oyunçularında biridir” - Messi

ronaldo-dunyanin-en-yaxsi-oyuncularinda-biridir
Oxunma sayı: 760

“Barselona”nın ulduz futbolçusu Lionel Messi Kristiano Ronaldo haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, Çin mətbuatına açıqlama verən argentinalı hücumçu əzəli rəqibi hesab olunan Ronaldonun ünvanına xoş sözlər səsləndirib. Messi onların uzun illərdir davam edən rəqabətinə hələ heç bir futbolçunun daxil ola bilməyəcəyini bildirib:
 
“Sadəcə mən və Ronaldo. Bu rəqabət üçün hazırıq. Mübarizə ikimizin arasında getməkdə davam edəcək. Hər mövsüm komandalarımız üçün ən yaxşısını etməyə çalışırıq. Bunlardan baqa haqqımızda deyilər fikirlər önəmli deyil. Ronaldo çox istedadlı, fenomen olmuş bir futbolçudur. Bunu hər kəs bilir və buna görə də o, dünyanın ən yaxşı futbolçularından biridir”.
 
Uğursuz mövsüm keçirdiklərini qeyd edən 30 yaşlı futbolçu “bu il çox səy göstərsək də, alınmadı. Yalnız İspaniya kubokunu qazana bildik. Ümid edirəm növbəti mövsüm daha yaxşı keçəcək. Növbəti mövsüm bu ilkindən daha yaxşı olmaq məcburiyyətindədi. La Liqanın və Çempionlar Liqasının qalibi olmalıyıq" deyə fikirlərini yekunlaşdırıb.