Ronaldo “Əl-Nəsr”də qalacaq?

ronaldo-el-nesrde-qalacaq
Oxunma sayı: 4746

“Əl-Nəsr” ulduz futbolçu Kriştiano Ronaldo ilə müqaviləsini 2026-cı ilə qədər uzatmağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ingilis futbol saytları məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı təmsilçisi artıq 39 yaşlı forvard ilə danışıqlara başlayıb.

Sözləşmənin 2026-cı ilə qədər uzadılması Ronaldonun DÇ-2026-da iştirak şansını artıracaq.

Xatırladaq ki, Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub, 13 qolun ötürməsini verib.