Ronaldo əvəzlənməsindən danışdı - “Hazır deyildim”

ronaldo-evezlenmesinden-danisdi
Oxunma sayı: 1975

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Lokomotiv”ə (Moskva) qarşı Çempionlar Liqası və “Milan”la A Seriyası matçlarında əvəzlənməsi haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, 34 yaşlı hücumçu bu görüşlərdə tam hazır olmadığını etiraf edib:

“3 həftə maksimum güclə çalışa bilmədim. Hamı bilir ki, əvəzlənməkdən xoşum gəlmir, ancaq dəyişildiyimə görə problem yaradacaq heç nə etməmişəm. Zədəli halda oynayaraq “Yuventus”a kömək etmək istədim. Heç kim əvəzlənməyi sevmir, ancaq məşqçilər heyətinin qərarlarını anlayışla qarşılayıram. Çünki bu iki oyunda o qədər də yaxşı hiss etmədim. Tam hazır deyildim”.

Bu mövsüm “Yuventus”da 14 görüş keçirən Ronaldonun hesabında 6 qol, 2 assist var.