"Barselona"nın forvardı Neymar "Real"ın futbolçusu Kriştiano Ronaldonun Kataloniya klubunun qeyri mümkün keçidi haqda fikirlərini bildirib.
“Qafqazinfo” xəbər verir ki, braziliyalı hücumçu "A Bola" nəşrinə açıqlamasında bunları söyləyib: "Mən Ronaldonun fanatıyam. O, əsl ulduzdu. "Barselona"da oynasaydı, əla olardı.
Bundan başqa Qvardiola və Mourinyonun azarkeşiyəm. Uzun illərdir ki, onların karyeralarını diqqətlə izləyirəm. Lakin indi məşqçim Luis Enrikedi və mən "Barselona"da oynayıram".
Son xəbərlər
Son Xəbərlər