Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Lissabonun fəxri medalı ilə təltif olunacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun mükafatlandırılması ilə bağlı qərarı Lissabon Şəhər Şurasının üzvləri verib.
Qeyd edək ki, 2022-ci ilin noyabrında 37 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsinə xitam verilib.Yanvarın 2-də Ronaldo ildə 200 milyon avro alacağı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından “Əl-Nəsr”in oyunçusu olub.
Son xəbərlər
Son Xəbərlər