Ronaldo gözəl qol vurdu, dubl etdi - Video

ronaldo-gozel-qol-vurdu-dubl-etdi
Oxunma sayı: 2486

Portuqaliya millisi AÇ-2024 öncəsi yoxlama oyunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, komanda İrlandiya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Komandanın kapitanı və ulduzu Kriştianu Ronaldo matçda iki qol vurub. Onun qollarından biri gözəl alınıb. Superulduz 50 və 60-cı dəqiqələrdə fərqlənib. Digər qolu isə 19-cu dəqiqədə Joao Feliks vurub. 

Qeyd edək ki, Portuqaliya Avro-2024-də F qrupunda Türkiyə, Gürcüstan və Çexiya ilə mübarizə aparacaq.

Oyunun icmalını təqdim edirik: