Ronaldo het-trik etdi

ronaldo-het-trik-etdi
Oxunma sayı: 4849

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanın çempionatının 18-ci turunda “Damak”a qarşı səfər matçında het-trik edib.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı hücumçu 18 (pen), 23, 44-cü dəqiqələrdə fərqlənib. O, komandasının hər üç qolunun müəllifi olub.

Qeyd edək ki, “Əl-Nəsr” turnir cədvəlində 43 xalla 1-cidir.