Ronaldo iddialara belə cavab verdi - Foto

ronaldo-iddialara-bele-cavab-verdi
Oxunma sayı: 899

İspaniyada 14,7 milyon avro vergidən yayındığı iddiasıyla məhkəməyə verilən Kriştiano Ronaldo sosial şəbəkədə maraqlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, “Real”ın ulduzu “Sus” işarəti eərkən çəkilmiş fotosunu paylaşıb və bu sözləri yazıb:

“Bəzən ən yaxşı cavab susmaqdır”.

Qeyd edək ki, Ronaldonun imic hüquqlarından əldə etdiyi gəlirləri vergidən gizlətdiyi iddia edilir. Onun gəlirlərini ofşor hesablarda saxladığı bildirilir.