Ronaldo iki ay oynamayacaq

ronaldo-iki-ay-oynamayacaq
Oxunma sayı: 1235

Kriştianu Ronaldo meydançalardan uzaqlaşır.

Qafqazinfo” xəbər verir ki, Fransa-Portuqaliya qarşılaşması zamanı zədələnən ulduz futbolçu bir müddət futboldan uzaq qalacaq. Belə ki, aparılan müayinələr zamanı məlum olub ki, Ronaldonun sol dizi burxulub.

Zədəsinin ciddi olduğunu deyən həkimlər onun 2 ay meydançalardan uzaq qalacağını deyib. O da bildirilir ki, 9 avqustda baş tutacaq “Sevilya”-“Real Madrid” qarşılaşmasında ulduz oyunçu komandasını tək qoymalı olacaq.

Aysel Kərimova