Ronaldo iki qol vurdu, “Mançester Yunayted” qələbə qazandı - Video

ronaldo-iki-qol-vurdu-mancester-yunayted-qelebe-qazandi
Oxunma sayı: 6188

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo kluba qayıdışından sonra ilk oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 4-cü turunda “Nyukasl”la ev matçında  90 dəqiqə meydanda olub.

Portuqaliyalı hücumçu 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada dubl edib.

“Mançester Yunayted” – “Nyukasl” - 4:1

Qollar: Ronaldo,Ə 45+2 (1:0),Manquilo, 56 (1:1), Ronaldo, 62 (2:1), Fernandeş, 80 (3:1), Linqard, 90+2 (4:1)

Bu qələbə ilə xalını 10-a yüksəldən “qırmızı şeytanlar” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Mançester Siti” 9 xalla 2-ci, “Brayton” eyni xalla üçüncüdür.