Ronaldo ilə bağlı qərar açıqlandı

ronaldo-ile-bagli-qerar-aciqlandi
Oxunma sayı: 9393

“Əl-Nasr”ın baş direktoru Qvido Fienqa hücumçu Kriştiano Ronaldonun növbəti mövsümdə klubda qalacağını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.

Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ildə “Əl-Nəsr”ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub və 13 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.