“Ronaldo ilə eyni komandada olmaq xüsusi hədiyyədir” - Buffon

ronaldo-ile-eyni-komandada-olmaq-xususi-hediyyedir
Oxunma sayı: 1316

PSJ-dən ayrılıb “Yuventus”a qayıdan Canluici Buffon Turin klubundakı yeni karyerası haqqında danışıb.

 “Qafqazinfo” xəbər verir ki, 41 yaşlı çərçivə qoruyucusu Kriştianu Ronaldo ilə eyni komandada oynamağı xüsusi hədiyyə adlandırıb: 

“PSJ-də Neymar və Mbappe kimi güclü futbolçularla bir yerdə çıxış etdim. İndi isə Ronaldo ilə komanda yoldaşı olacam. Kriştianu ilə eyni heyətdə olmaq xüsusi hədiyyədir”.

Qeyd edək ki, Buffon 2001-2018-ci illərdə "Yuventus"da oynayıb. Daha sonra PSJ-yə keçən 41 yaşlı qolkiper dünən yenidən Turin təmsilçisinə qayıdıb.