Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştiano Ronaldo karyerasında 900-cü qolunu vurub.
“Qafqazinfo” xəbər verir ki, o, buna Millətlər Liqası çərçivəsində Xorvatiya ilə matçda nail olub.
Superulduz qarşılaşmanın 34-cü dəqiqədə yubiley qoluna imza atıb.
Qeyd edək ki, Ronaldo daha əvvəl açıqlamasında 1000 qolu hədəflədiyini bildirib.