“Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ürəyindən əməliyyat olunan “Portu”nun qapıçısı İker Kasilyasa şəfa diləyib.
“Qafqazinfo” xəbər verir ki, Ronaldo İnstaqram hesabında Kasilyasla fotosunu paylaşaraq yazıb:
“Dostum, sənə çoxlu güc arzulayıram. Ümid edirəm, tezliklə sağalacaqsan”.
Qeyd edək ki, Kasilyas məşq zamanı ürəktutma səbəbindən xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib. Kasilyasın karyerasına son verəcəyi bildirilir.
.jpg)
Son xəbərlər
Son Xəbərlər