Ronaldo klub almaq istəyir

ronaldo-klub-almaq-isteyir
Oxunma sayı: 2058

Braziliyalı sabiq futbolçu Ronaldo İngiltərə və ya İspaniyanın ikinci liqasından klub almaq niyyətindədir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldo rəqabətə hazır olduğunu və hazırda klub axtarışınıdavam etdirdiyini bildirib.

Xatırladaq ki, bir müddətdir Ronaldonun Brazilya Futbol Federasiyasının prezidenti postuna namizəd olacağı barədə məlumatlar da yayılmışdı.