Ronaldo “MC Donalds”da ona yemək verən qadını axtarır

Ronaldo “MC Donalds”da ona yemək verən qadını axtarır
Oxunma sayı: 5522

Ronaldo uşaq vaxtı ona yemək verən "MC Donalds” əməkdaşlarını axtarır. “Qafqazinfo” xəbər verir ki, bu barədə ulduz futbolçu Piers Morqanla müsahibəsində danışıb:

Ronaldo ona və komanda yoldaşlarına pulsuz burger verən Edna adlı qadını xatırlayıb:

“11-12 yaşım olanda ailəmizin pulu yox idi. Mən və “Sportinq”in digər yetirmələri bir yerdə yaşayırdıq. Ailəmi ayda üç dəfə görürdüm. Bu, çox çətin idi. Gecə saat 22.30-23.00 arasında biz acırdıq. Stadionumuzun yanında isə “MC Donalds” vardı. Biz oranın qapısını döyüb soruşurduq: “Sizdə hansısa burger var?” Orada həmişə Edna adında bir qadın və iki qız olurdu. Bizə pulsuz burger verirdilər. Mən daha sonra onları heç vaxt görmədim.

Portuqaliyada olanda onları axtardım. Amma həmin “MC Donalds” artıq bağlanmışdı. Ümid edirəm ki, bu müsahibə vasitəsi ilə onları taparam. Belə olsa çox sevinərəm. Onları Turinə, yaxud Lissabona dəvət etmək və birgə nahar etmək və təşəkkür etmək istəyirəm. İstəyirəm ki, qismən olsa belə, öz borcumu qaytarım”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi