“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo vergidən yayınmaqda ittiham edilir.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, futbolçunun 2011-2014-cü illərdə 14,7 milyon avro vergidən yayındığı bildirilir. Ronaldo isə iddiaları qəbul etmir.
İddinamədə onun imic hüquqlarından əldə etdiyi gəlirləri vergidən gizlətdiyi qeyd edilib. Ronaldonun gəlirlərini ofşor hesablarda saxladığı bildirilir.
Futbolçu isə bütün iddialara “Gizlədəcək bir şeyi olmayan heç nədən qorxmaz” deyə cavab verib.
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm 93 milyon avroluq gəliri ilə ən çox qazanan idmançı olub.
Fərid Ədalət
Son xəbərlər
Son Xəbərlər