“Qafqazinfo” xəbər verir ki, şəxsi həyatı ilə bağlı verilən sualları cavablandıran model jurnallar üçün verdiyi seksual pozaların sevgilisi Ronaldo ilə münasibətlərini pozduğu haqda yayılan xəbərlərdən söhbət açıb:
“Deyirlər, jurnallar üçün verdiyim seksual pozalara görə Ronaldo ilə münasibətlərim pozulub. Bunlar dedi-qodudur. 21-ci əsrdə, demokratik bir ölkədə yaşayırıq. Nə ailəm, nə sevgilim nə də dostlarım mənə "Bunu etmə" deyə bilər. Mən onsuz da nə edəcəyimi bilirəm və ona görə davranıram. Ronaldo mənim üçün əhəmiyyətli bir insandır. Birlikdə xoşbəxtik. Uşağım olsun istəyirəm. Evlənməyi düşünürük, amma nə vaxt evlənəcəyimizi bilmirəm. İkimiz də çox işləyən insanlarıq.
Bir müddət öncə Somada baş verən faciədən də danışan İrina atasının da mədənçi olduğunu bildirib:
“Soma faciəsini eşidəndə çox kədərləndim. Belə hadisələrdə bütün insanların bir yerdə olması, bir-birinə kömək etmələri, müsbət düşünmələri lazımdır. Mənim atam mədəndə, yerin altında çalışdığı üçün xəstələndi və həyatını itirdi. Mədənçilərə hər kəs kömək etməlidir. Çətin bir uşaqlıq keçirmişəm. Atamla vaxt keçirə bilmirdim. Bu da məni bədbəxt edirdi”.
Son xəbərlər
Son Xəbərlər